“1932-ci ildə yazılan bu məktub 84 il yol keçib və mənə nəsib olub”


13501985_1113151095413910_9169778971594203381_nYaranandan hər bir insan oğlunun özünə məxsus dünyası olur. Kimləri o dünyanı sevdiyi işi görməklə doldurur, kimisi də niyə, nə üçün yaşadığını bilmədən ömür yolunda sadəcə addımlayır. Bu dəfə kolleksionerlərdən bəhs edəcəyik. Dünyada məşhur kolleksiyaçıları arasında Böyük Britaniya kralı V Qeorq, Böyük Britaniya kraliçası II Yelizaveta, Misir kralı I Faruk, Monako şahzadəsi III Rene, ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt, aktyor Çarli Çaplin, “The Beatles” qrupunun yaradıcısı və ifaçısı Con Lennon və s. kimi bir çox tarixi şəxsiyyətlərin adlarına rast gəlinir. Bizim təqdim edəcəyimiz kolleksioner Dilqəm Əhməddir – Cümhuriyyətə aid dəyərli arxivi toplayaraq Azərbaycan tarixinə bəxş edən şəxs.

Bizi kolleksiyası ilə tanış etmək üçün yaşadığı ünvana kənd Binəqədiyə apardı. Əvvəlcə qarnımızı doydurub, kiçik otağında barmaq basmağa yer qalmayan köhnə kitablar, solğun fotolar, qəzet və jurnallarla tanış etdi. Sən demə, bizim köhnə-kürüş sandığımız bu əşyalar böyük bir sərvətə bərabər imiş.

13438875_1113150412080645_1325761870130058776_nBeləliklə, Publika.az “Maraqlı şəxs” layihəsi çərçivəsində Dilqəm Əhmədin zəngin kolleksiyasına dair söhbəti təqdim edir.

– Kolleksiyan neçə hissəyə bölünür?

– Kitablar, məktublar, vəsiqələr fotolar və s. Kitab kolleksiyam 1922-1939-cu illəri əhatə edir. Göstərdiyim illər arasında Azərbaycanda kitablar latın qrafikası ilə nəşr edilib. Söhbət 5 milyon nüsxəyə yaxın kitabın nəşrindən gedir. Həmin nəşrlərin daxil olduğu kataloqum var. Çalışıram oradakı kitabları da alım. Bu, həm araşdırdığım sahə ilə bağlıdır, həm də mənə zövq verir. Hər dəfə əlifba dəyişəndə şəxsi kitabxanalarda, dövlət kitabxanalarında kitabları atırlar. Halbuki Azərbaycandan başqa dünyanın hər yerində köhnə kitablar dəyər, xəzinə hesab edilir. Kitabları dənə-dənə toplayıram. Bukinistlərdə əlaqə nömrələrim var. Nə zaman əllərinə belə kitablar düşür zəng edirlər. Mən də maaşımın hamısını verib onları alıram.

– Heyfin gəlmir puluna?

– Uşaqlıqdan maraqlıyam kolleksiyaya. Məsələn, hər ilə aid kalendar toplamışam. Bundan əlavə bir zamanlar məşhur filmlərin aktyorlarının şəkilləri satılardı. Onları alırdım. 90-cı illərin əvvəllərində butulka qapaqları yığmağa başladım. Yəni uşaqlıqdan vərdiş idi.

– Butulka qapaqların qalır?

– Yox nənəm atdı hamısını.

13494909_1113151362080550_9098416143303837283_n– Adətən, bu işlə iş adamları məşğul olduğundan jurnalist maaşı ilə dolanan birinin kolleksiya toplaması qəribə təsir yaradır. Kolleksiyanı toplamağa başlayanda nə qədər maaş alırdın?

– O ərəfədə maaşım yaxşı idi. Elə ona arxayın olub bu işə başladım. İndi çox təəssüflənirəm. Devalvasiya nəticəsində mənim də maddi vəziyyətimdə problemlər var. Ona görə də bəzi şeylərə həsrətlə baxıram.

– Heç kömək edən olmur?

– Düzdür, imkanlı adamlar kömək ediblər. Bundan əlavə şirkətlər layihəmi təsdiqləyiblər oradan əldə etdiyim pulla hansısa parçanı almışam. Sosial şəbəkədə “20 manat” kampaniyası da keçirmişəm. Yığılan 2000 manata Türkiyədən arxiv alıb həmin materialların əsasında kitab yazmağı düşünürdüm. Kitab hazır olduqdan sonra da kampaniya iştirakçılarına hədiyyə ediləcəkdi.

13507046_1113150825413937_136810293228694547_n– Kampaniya baş tutmadı?

– Əksinə, kampaniya uğurla başa çatdı və 1780 manat pul yığıldı. Dekabrın əvvəlində arxivi almaq üçün pulun birinci hissəsini -1000 dolları göndərdim. Əldə 780 manat qalmışdı. Üzərini düzəldib dollara konvertasiya edəcəkdim ki, 21 dekabr hadisəsi baş verdi. Yəni dolların məzənnəsi 1,05 manatdan 1,55 manata yüksəldi. Əlimdə qalan 785 dəyərsizləşdi. Səsimi çıxarmadım. Kifayət qədər borca düşdüm. Həmin borcu apreldə yeni bir borca girərək qaytardım.

– Belə çıxır təkcə bank sektoru deyil, kolleksionerlər də zərərə düşüb?

– Əminliklə deyə bilərəm ki, devalvasiyanın ziyan vurduğu adamlardan biri də mənəm.

– Booknistlər mövzuya həssaslığından istifadə edirlərmi? Söhbət  qiyməti bir qədər də artırmaqdan gedir.

– Yeni vaxtlarda bəli. Sonradan əksər bukunist bu işlə ticarət məqsədi ilə məşğul olmadığımı öyrəndi. Onu da deyim ki, bu kitabların alıcısı da çox deyil.

13502054_1113153645413655_6877504281472351783_n– Necə düşünürsən, bu mövzuda səni aldatmaq mümkündür?

– Bir bukinist var kolleksionerlər arasında ona insafsız ləqəbi qoymuşuq. Həmin şəxs bəzən 10 manat dəyərində kitabı 50 manata satır. Mənə gəlincə, illərdir bu işlə məşğul olduğumdan maraq dairəmə aid hər şeyin dəyərini bilirəm. Yəni aldadılmağım asan deyil.

– Hansı kitaba daha çox pul saymısan?

– Ən bahalı kitablarımdan birini bu yaxınlarda dostuma satdım. Çünki onun maraq dairəsinə aid idi. Həmin kitabı təqribən 90 avroya satın almışdım. Müəllifi Mirzə Kazım bəy olan kitab 1846-cı ildə Kazanda çap edilmişdi. Türk Tatar dilinin ümumi qrammatikası adlanırdı. Azərbaycan dilinin qrammatikası haqqında yazılmış ilk kitab idi.

– Aldığın qiymətə satdın, yoxsa daha baha?

– Yox, 50 manata.

13533046_1113151545413865_4774786966562877798_n– Səncə ucuz bazarlıq deyil?

– Devalvasiyanı nəzərə aldım. Ümumiyyətlə, kolleksionerlər arasında alış-veriş ayıb deyil, normaldır.

– İndiyə qədər kolleksiyanın təkcə kitablar hissəsinə xərclədiyin pulu hesablamısan?

– Yox. Amma ümumilikdə kolleksiyama 5 min manatdan çox pul xərcləmişəm. Hansı ki bu pulla 2 ay Avropanı gəzib dolaşa bilərdim. Yaxud kənd Binəqədiyə gəlib-getməyin çətin olduğu zamanda özümə avtomobil alardım. Peşman deyiləm. Təsəvvür edin bu fotoları almaq üçün xaricilər nə qədər pul xərcləyirlər.

– Bir xaricinin kiçik Azərbaycan haqqında arxivlər nəyinə gərək ola bilər?

– Aldıqlarından daha baha qiymətə muzeylərə satırlar.

– Muzeylərimiz səndən bu arxivləri almaq istəyib?

– Hələ ki yox.

13495048_1113153005413719_8567936052968614662_n– Kolleksiyana daha nə daxildir?

– Bahalı hissəsi vəsiqə kolleksiyasıdır. Bu kolleksiya da 1922-39-cu illəri əhatə edir.

– Sıravi vətəndaşlara aid vəsiqələrdir?

– Bəli. Bu günlərdə sovet Azərbaycanının ilk şəxsiyyət vəsiqələrindən birini almışam.

– Bir vəsiqəni neçəyə alırsan?

– Elə nadir vəsiqələr olub ki, onlara 50 manat vermişəm.

– Nadir dedikdə nəyi nəzərdə tutursan?  

– Məsələn, 1929-cu ilə aid Nərimanov adına texnikumun tələbə biletini 50 manata almışam. Belə şeylərin qiyməti həqiqətən baha olur.

13510820_1113153542080332_6630590321324279682_n– Kolleksiyanda nə qədər vəsiqə var?

– 20-ə yaxın. Vəsiqə tapmaq çətindir. Əslində kitablar, vəsiqələr kolleksiyamın sadə hissəsidir. Əsl sərvət Azərbaycan Cümhuriyyəti və nümayəndələrinin mühacirəti ilə bağlı kolleksiyamdır. 1920-ci ildə Azərbaycan Sovetlər Birliyi tərəfindən işğal edildikdən sonra siyasətçilərimiz, yazıçılarımız İrana, Türkiyəyə, Fransaya mühacirətə getdilər. Məndə Məmmədəmin Rəsulzadənin şəxsi məktubları, dəfn albomu, mühacirlərimizin fotoları var.

– Doğrusu albom diqqətimizi çəkdi…

– 34 fotodan ibarət albomdur. Dostlarından biri Rəsulzadənin dəfn mərasimində çəkilmiş şəkillərini toplayaraq albom tərtib edib.

– Sənə neçəyə satıb?

– 1200 manata.

– Dilqəm, kolleksiyandan yararlananlar olurmu?

– İki nəfər elmi işinin müdafiəsində kolleksiyamdan istifadə edib. Biri foto arxivdən, digəri jurnal və kitablardan faydalanıb. Bundan əlavə aldığım dəyərli fotolarla bağlı bir neçə tarixçi ilə fikirlərimi bölüşürəm. Bu yaxınlarda gürcü tarixçi Giorgi Mamulia mənim kolleksiyamda Məmmədəmin Rəsulzadənin Finlandiyada yaşadığı şəhərin adının qeyd edildiyi fotonu görüb heyrətlənmişdi. Sən demə, illərdir sənədlərdə həmin şəhərin adını axtarırmış. Məhz həmin foto sayəsində şəhərin adını tapdı.

13512022_1113151292080557_5753925672909575918_n– Foto kolleksiyanda ən bahalı fotonun dəyəri neçəyədir?

– 650 dollar. Həmin vaxt dolların manata olan məzənnəsi 1,05 manat təşkil edirdi. 1918-ci ildə İstanbulda bir oteldə çəkilmiş fotodur. Bildiyiniz kimi 1918-ci ilin iyun ayında Azərbaycan nümayəndə heyəti kömək almaq uçun Türkiyəyə getmişdi. Foto həmin görüşlərdən çəkilib. Yeri gəlmişkən, fotodan yer üzündə bir ədəddir, oda məndədir.

– Bu qiymətli xəzinəni kimdən almısan?

– Etika xatirinə mənbəni açıqlamıram. Bu, Türkiyədə köhnə kitabları, saatları satan bir şəxsdir. Ondan ilk dəfə “ebay” vasitəsi ilə Almas İldırımın fotosunu aldım. Sonra satıcıya yazdım ki, sizdə başqa nələr varsa, mənim elektron poçtuma göndərin. Çoxsaylı fotolar göndərdi. Artıq tanışlığımızdan 3 il ötür. Bu müddət ərzində həmin şəxsdən cümhuriyyətimizə aid arxivi hissə-hissə almışam.

– Azərbaycana aid arxivi necə əldə edib ki?

– Bunu mənə demədi. Amma bəllidir ki, belə şəxsi sənədlər bəzən əldən-ələ keçir. Kimsə vəfat edir, arxivi əldən-ələ keçir, kimsə dostuna-tanışına hədiyyə edir bunun nəticəsində əl dəyişir. Sözün açığı marağımda deyil bunları haradan alıb. Əsas odur fırlanıb mənə gəlirlər.

Bu arada, keçən ilin avqust ayında İstanbulda olarkən həmin şəxslə görüşdüm. Çox zəngin arxivə malikdir. Bu arxiv təkcə bizə aid deyil.

13439202_1113151375413882_3781513649747346456_n– Bizə aid hissənin neçə faizini sən almısan, tam səmimi etiraf et.

– 98 faizini.

– Plastinkalar da yığırsan?

– Nadir olanda alıram. Məndəkilər Üzeyir Hacıbəyovun əsərləridir.

– Üzərindəki qiymət 2 rubl 30 rəpikdir. Sən neçəyə almısan?

– 25 manata.

– Dəyər ifadəsi ilə belə 2 rubl, 25 manat uyğun deyil axı…

– Belə dəyərli əşyalar ucuz olmur.

– Bu qədər arxivi toplamaqda məqsədin nədir?

– Arzum odur ki, dövlət mənə yer versin, orada muzey açım. Məsələn, “Caspian Plaza”da bir ofisdə sərgi təşkil etdik. Yüzlərlə adam gəldi. Görünən o idi ki, Azərbaycanın tarixi keçmişinə aid bu sənədlər onlar üçün çox maraqlıdır. Rəhbərlik təkrar sərgi keçirməyi təklif etdi. Doğrusu hər dəfə bunları harasa daşımaq çətin olduğundan təxirə saldıq. Bunları nəzərə alanda kiçik muzeyim olmasını istəyirəm. Başqa tərəfdən aldığım arxivləri tədqiq edirəm. Hazırladığım materiallar jurnallarda çap edilir. Təvazokarlıqdan uzaq olsa da Azərbaycan tarixinə 40-a yaxın nadir foto qazandırmışam.

13537780_1113153495413670_2280536142083630321_n– Bəs özün üçün sərgi təşkil edirsənmi?

– Demək olar ki, hər gün. İşin zövqü odur ki, onu seyr edəsən, həmin əşyalara toxunasan. Bir anlıq təsəvvür edin Azərbaycan Cümhuriyyətinin ən böyük ideoloqlarından biri Əlimərdan bəy Topçubaşov hansısa fotostudiyada şəkil çəkdirib. Və o foto ancaq sizdədir. Yaxud Məmmədəmin Rəsulzadənin şəxsi sağlamlığı ilə bağlı dostuna yazdığı məktub. 1932-ci ildə yazılan bu məktub 84 il yol keçib və mənə nəsib olub. Bunları Azərbaycan tarixinə qazandırmaq insanda çox gözəl hislər yaradır.

– Dilqəm, elə olubmu ki, maaşının 90 faizini bu marağına xərcləyib ay ərzində pulsuz qalasan?

– Dəfələrlə. Əhməd Ağaoğlunun qızının arxivini 450 dollara aldım. Maşımın demək olar ki, 99 faizini bu arxivə xərclədim. Bir ay yemədim, içmədin yeni paltar almadım. Bundan pis də olmadım. Çünki həmin pulu hər zaman qazana bilərəm. Amma belə arxivlər adamın əlinə bir dəfə düşür. Düzdür, bəzən bahalı materiallar olur ki, onu ala bilmirəm.

– Məsələn nəyi?

– Deputat nişanlarını (Bir zamanlar Azərbaycan parlamentinin deputatı olmuş şəxslərin nişanlarını). Hazırda bazarda belə nişanlar 650 manat, sovet deputatlarının nişanları 400 manat təşkil edir. 1920-ci ildə Naxçıvan parlamentinin deputat nişanı 6000 manata satılırdı. Əslində mənim kolleksiyam zəngindir. Amma bu işin ən ucuz qismi ilə məşğulam.

13495062_1113153172080369_2266481736404817775_n– Bildiyim qədər kolleksiyanı saxlamaq da ucuz başa gəlmir…

– Doğrudur. Qoruyucu avadanlıqlar bahadır.

– Allah qəzadan bəladan saxlasın. Nə vaxta kimi bu işi davam etdirəcəksən?

– Nə zamana qədər əmək qabiliyyətim var və subayam kolleksiyamı genişləndirməkdə davam edəcəm.

– Belə çıxır Azərbaycan tarixinə töhfələrin “ağ atlı xanımın” gəlişinə qədərdir?

– İnanıram ki, Azərbaycanda mən məşğul olduğum sahəni başa düşəcək xanımlar var. Düzdür, 3 ildir bu işlə məşğulam və sözügedən sahə ilə maraqlanan cəmi bir xanım tanıyıram. Yəqin ki, xanımların da özlərinə məxsus kolleksiyaları var. Söhbət ətir, ayaqqabı, paltar kolleksiyasından gedir. Bu da bir növdür. Mənim kimi köhnə kitab toplayan xanım yoxdur.

– Yaxşı, nə zaman evlənirsən?

– Hər kəsin evlənəcəyi qız kateqoriyası var. Ailə quracağım şəxsin digər keyfiyyətləri öz yerində önəmli olanı işimə hörmətlə yanaşmasıdır. Demirəm, dünyama daxil olsun. Bu, mənim heç kəsi buraxmadığım öz dünyamdır.

– Dilqəm, sərvətlə bir evdə yaşamaq nə qədər təhlükəsizdir. Bunun oğrusu var, maraqlı olan insanları var, gəlib cibləri boş getməyə bilərlər…

– Oğrulara bura gəlməyi məsləhət görməzdim çünki ətrafda iki polis idarəsi var. Bundan əlavə qonşunun 24 saat durmadan hürən canavar kimi iti var. Məni belə otağımda rahatsız edir. Nə qədər şikayət etsək də, itin damını otağımın pəncərəsinin altından yığışdırmırlar.

– Kolleksiya həm də yatırımdı. Xərclədiyin pulu çıxara bilirsənmi?

– Aldığım arxivlər əsasında hazırladığım məqalələrdən aldığım qonorarı deyə bilərəm. Bu da ildə iki üç dəfə baş verir. Kitabdan da pul qazanmaq olmur. Gördüyünüz kimi, təəssüf də olsa pul geri qayıtmır.

13494856_1113152908747062_5786115387667441672_n– Paxıllığını çəkdiyin kolleksioner varmı?

– Bir iki dostumuz var hansı ki, müsbət mənada paxıllıq edirəm. Həmin dostumda çar dövründə Azərbaycan milyonçularının şirkətlərə aid orijinal sənədlər, açıqcalar var.

– Bazarda rəqibin çoxdur?

– Kolleksionerlərin toplandığı çay evləri var. 20-30 nəfər olurlar. Amma konkret kolleksiyamı əhatə edən illərə aid kolleksioner 2-3 nəfərdir. Əslində onların sayı çox ola bilər sadəcə qaynaqlardan xəbərsizdirlər.

– Qaynaqlari gizli saxlayırsan?

– Bəli. Hansısa arxivi almaqda məni qabaqlaya bilərlər. Ona görə bu normaldır.

– Ruslana (kolleksioner Ruslan Rəhimov – Red.) da demirsən?

– Əvvəllər bir-birimizdən gizlədirdik. Ürəyimiz yumşaq olduğundan sonra sirri bölüşdük. Məsələn, anlaşmamız var. Bir sayt var hansı ki, Ruslan sayəsində tanımışam. Orada maraqlı nəsə olanda Ruslana deyirəm, o, almırsa mən alıram.

– Halallıq alırsan?

– Demək olar ki.

– Bakıda otura-otura Türkiyədə auksiona qatılmaq çətin deyil?

– Çox çətindir. Burada inam böyük rol oynayır.

Leyla Əliyeva,

Foto: Elçin Murad

Publika.Az

13438875_1113150412080645_1325761870130058776_n 13439118_1113150568747296_1109700941055869786_n 13439177_1113152812080405_6252540116321523572_n 13439202_1113151375413882_3781513649747346456_n 13494856_1113152908747062_5786115387667441672_n 13494909_1113151362080550_9098416143303837283_n 13495047_1113151765413843_7882336268517014964_n 13495048_1113153005413719_8567936052968614662_n 13495055_1113150662080620_8844405984773803844_n 13495062_1113153172080369_2266481736404817775_n 13495221_1113151202080566_71869338920504778_n 13495232_1113151802080506_7675892929268580079_n 13501595_1113152245413795_2780828649974684863_n 13501903_1113151762080510_1731335655423990269_n 13501985_1113151095413910_9169778971594203381_n 13502004_1113153605413659_4589271894854431383_n 13502054_1113153645413655_6877504281472351783_n 13502090_1113151575413862_404994106983638241_n 13507046_1113150825413937_136810293228694547_n 13507049_1113153455413674_7694957954316334341_n 13509138_1113149582080728_7689011480136182123_n 13510757_1113152345413785_6165923399158514284_n 13510820_1113153542080332_6630590321324279682_n 13510827_1113152922080394_6905621868691118304_n 13511951_1113151138747239_3835093324329611122_n 13512022_1113151292080557_5753925672909575918_n 13512047_1113151322080554_3798246533326744916_n 13516167_1113151428747210_5132696437623475954_n 13516198_1113150858747267_1434153697683888462_n 13516261_1113149598747393_7583619320077336944_n (1) 13516261_1113149598747393_7583619320077336944_n 13516325_1113152752080411_1462582549490817544_n 13516495_1113151398747213_5324234043728654221_n 13516573_1113152702080416_4095058436220786826_n 13521992_1113151175413902_5962033336384551581_n 13522025_1113151118747241_6131440338096930000_n 13522049_1113150422080644_1706124711848390449_n 13524421_1113150415413978_3776493649389213494_n 13524469_1113152432080443_7756250815411339944_n 13528769_1113152145413805_2467798090609190610_n 13528817_1113153028747050_1819862459020718366_n 13528939_1113153238747029_2869948195204134272_n 13532776_1113150622080624_761918893062838965_n 13532907_1113149585414061_2263111796742922982_n 13533038_1113152202080466_3091866182915159035_n 13533046_1113151545413865_4774786966562877798_n 13533123_1113151192080567_7508240606773436324_n 13533264_1113150738747279_1693766330763336380_n 13537671_1113151442080542_9093847604973137746_n 13537780_1113153495413670_2280536142083630321_n 13557727_1113152892080397_1921654414701096252_n 13557795_1113152568747096_3124687354791058741_n 13557805_1113153302080356_2781749849000796322_n 13566935_1113153282080358_4334588678768352776_n 13567226_1113152112080475_1932894997283085011_n 13567311_1113151582080528_1752484832204591560_n 13567451_1113153045413715_2998605057135820572_n

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma