Dilgam Ahmad tərəfindən yazılan bütün yazılar

Azərbaycanın yönü hara olmalıdır?


usa-Azerbaijan-1-1-620x380

“Səksən il öncə ulu babalarımız bu materikdə mayası Azadlıq şüarı ilə yoğrulmuş və bütün insanların bərabər yaranışı prinsipinə bağlanmış yeni milləti yaratmışlar”.

Avraam Linkoln (Gettisburq nitqi, 1863)

1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyksi parlamentin ilk iclasında çıxış edərkən belə bir fikir işlədir: “Bugünkü gün Azərbaycan üçün böyük əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi”.

Fətəli xan nəyi nəzərdə tutduğuna bütün varlığı ilə əmin idi. O, başa düşürdü ki, 1917-ci il inqilabının gətirdiyi bu xoş təsadüf (!) üçün başqa xalqlar on illərlə qanlı müharibələr aparıb, maarifçilər dayanmadan külüng vurub, minlərlə insan həlak olub. Doğrudur, Azərbaycan Cümhuriyyətinin yaranmasına qədər bir neçə dəfə müsəlmanların/türklərin qırğını oldu, bizim də ziyalılarımız vardı, cəmiyyətə təsir edə bilirdilər, amma başqa xalqların keçdiyi o prosesi biz daha rahat şəkildə keçmişdik. Daha bir-iki il öncə müstəmləkə olan bir ölkədə indi milli parlamentin açılması, Qərb dəyərlərinin tədricən ölkəyə gətirilməsi prosesinin baş verməsi və tezliklə dünyanın bölüşdürüldüyü masaya öz diplomatik nümayəndəliyini göndərə bilməsi həqiqətən yatsa idik, yuxumuzda da görə bilməzdik. Oxumağa davam et Azərbaycanın yönü hara olmalıdır?

“1932-ci ildə yazılan bu məktub 84 il yol keçib və mənə nəsib olub”


13501985_1113151095413910_9169778971594203381_nYaranandan hər bir insan oğlunun özünə məxsus dünyası olur. Kimləri o dünyanı sevdiyi işi görməklə doldurur, kimisi də niyə, nə üçün yaşadığını bilmədən ömür yolunda sadəcə addımlayır. Bu dəfə kolleksionerlərdən bəhs edəcəyik. Dünyada məşhur kolleksiyaçıları arasında Böyük Britaniya kralı V Qeorq, Böyük Britaniya kraliçası II Yelizaveta, Misir kralı I Faruk, Monako şahzadəsi III Rene, ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt, aktyor Çarli Çaplin, “The Beatles” qrupunun yaradıcısı və ifaçısı Con Lennon və s. kimi bir çox tarixi şəxsiyyətlərin adlarına rast gəlinir. Bizim təqdim edəcəyimiz kolleksioner Dilqəm Əhməddir – Cümhuriyyətə aid dəyərli arxivi toplayaraq Azərbaycan tarixinə bəxş edən şəxs. Oxumağa davam et “1932-ci ildə yazılan bu məktub 84 il yol keçib və mənə nəsib olub”

Cuhud Yaqub


Dilgam AhmadHekayə

Stefan Sveyqə ithaf olunur

Dünən olduğu kimi, bu gün də müştəri gəlmədi. Srağagün də gəlməmişdi. Sabaha da ehtimal yox idi. Amma hər gün bu mağazanı açırdı. Adına şayiə də çıxarmışdılar. Sən demə, cuhud Yaqubun əsl məqsədi heç də mal satmaq deyilmiş, nəsə fırıldaq işlərlə məşğuldur. Arada dəli olduğunu da deyirdilər. Mağazadakı qədimi əşyalarla tez-tez söhbətləşirmiş. Gözü ilə görənlər, qulağı ilə eşidənlər varmış. Hətta bəzən əşyaları qucaqladığı da iddia olunurdu. Oxumağa davam et Cuhud Yaqub

Üzeyir Hacıbəylinin 18 il çalışdığı otaq


13239894_1087462781316075_4891272845569045309_nBolşeviklər Azərbaycan Cümhuriyyətini işğal edəndə ölkəni tərk edə bilənlər tərk etdi, qalanlar isə həbs olundu.   Üzeyir Hacıbəyli də həbs edilənlər içərisindəydi. Hökumətin “Azərbaycan” qəzetinin redaktoru, himninin müəllifi idi, bolşeviklərə qarşı sərt mövqedəydi.

Nəriman Nərimanov onu son anda xilas edə bildi. Həmin vaxt qardaşı Parisə gedən nümayəndə heyətinin içində idi, həbs ediləcəyini başa düşüb geri qayıtmadı. Ömrünün axırınadək bolşeviklərə qarşı mübarizə apardı.  Üzeyir bəy isə ölkədə qalmaq yolunu seçdi. Artıq ictimai-siyasi fəaliyyət üçün bütün əli-qolu bağlandığı üçün onun yalnız bir seçimi vardı: Azərbaycanda professional musiqini formalaşdırmaq.

Oxumağa davam et Üzeyir Hacıbəylinin 18 il çalışdığı otaq

“Əbülfəz Elçibəylə dostluğum bütün sonrakı həyatımı dəyişdi”


1383490_1383384558568453_956669658_n

Ədalət Tahirzadənin 65 illiyinə

O, yaşca məndən az qala üç dəfə böyükdür. Ancaq bu, dostluğumuza qətiyyən əngəl törətmir. İlk baxışdan quru, qapalı, adamayovuşmaz kimi görünsə də “sarı siminə toxunanda” çox söhbətcil, ünsiyyətsevər və zarafatcıl olduğuna inanırsan. Əsas məsələ isə o “sarı sim”ini tutmaqdır. Azərbaycan siyasi mühacirətinin taleyi ilə bağlı araşdırmalarım, bir çox sənədləri əldə etməyim onda da ciddi maraq doğurdu və bu, yaxınlaşmağımıza əsas səbəb oldu. Ümumiyyətlə, Azərbaycanın 1918-1920-ci illər tarixi ilə bağlı hər bir mövzu professor Ədalət Tahirzadənin “sarı sim”i ola bilər. Deyəsən, mən artıq bu “sim”i çalmaqda ustalaşmışam – onunla son vaxtlar xeyli maraqlı görüşlərim, söhbətlərim olub. Bugünlərdə 65 yaşının tamam olduğunu bildiyimə görə növbəti görüşümüzü bir jurnalist kimi bu əlamətdar hadisəyə başlamağı qərara aldım. Onunla bu dəfə Bakı Avrasiya Universitetində – həyatının 23 ilini həsr etdiyi ali məktəbdə söhbətləşdim. Oxumağa davam et “Əbülfəz Elçibəylə dostluğum bütün sonrakı həyatımı dəyişdi”