Kateqoriya Arxivləri: Hekayələr

Cuhud Yaqub


Dilgam AhmadHekayə

Stefan Sveyqə ithaf olunur

Dünən olduğu kimi, bu gün də müştəri gəlmədi. Srağagün də gəlməmişdi. Sabaha da ehtimal yox idi. Amma hər gün bu mağazanı açırdı. Adına şayiə də çıxarmışdılar. Sən demə, cuhud Yaqubun əsl məqsədi heç də mal satmaq deyilmiş, nəsə fırıldaq işlərlə məşğuldur. Arada dəli olduğunu da deyirdilər. Mağazadakı qədimi əşyalarla tez-tez söhbətləşirmiş. Gözü ilə görənlər, qulağı ilə eşidənlər varmış. Hətta bəzən əşyaları qucaqladığı da iddia olunurdu. Oxumağa davam et Cuhud Yaqub

“Avropalıya satılan uşaq” – HEKAYƏ


1013993_709968245682659_1248140502_n

“Sözün gücü olsaydı, sənin şeir yazdığın qadını başqaları öpməzdi”.

Fəridə bu sözlə məni həyata qaytarmışdı. Bu cümləyə qədər mən itirdiyim sevgilinin arxasınca qanlı göz yaşları axıdır, dayanmadan şeir yazırdım. Nəhayət, bir gün qarşıma keçib dedi:

–  Sən bir misradan o birinə keçən vaxtda, sevgilinin bir döşündən o birinə keçən oğlanlar var.

Düzdür, bu söz Fəridəyə sərt bir silləyə başa gəlmişdi, amma məni də qəflət yuxusundan ayıltmışdı. Oxumağa davam et “Avropalıya satılan uşaq” – HEKAYƏ

“Eyvan”


eyvan

Təcili yardım maşını hadisə yerinə gələndə köksünə saplanmış bıçaqdan keçinən qara kurtkalı, cins şalvarlı, boğazında hansısa futbol komandasının şərfi olan, heç kimin tanımadığı adamın qanı asfalta bulaşıb ürəkbulandırıcı mənzərə yaratmışdı. Öldürülən vətəndaşı heç kim tanımırdı, görünür, qatillərindən qaçmaq, izi azdırmaq üçün həmin əraziyə gəlib, lakin xilas ola bilməmişdi. Vətəndaşın öldürüldüyü yerin sağ tərəfində on altı mərtəbəli hündür bina yerləşirdi. Sol tərəfində isə kasıb insanların yaşadığı kiçik həyət evləri var idi. Göydələndəkilər pəncərələrdən baxır, həyətdəkilər isə məqtulun başına yığışmışdı. Polis nəfəri nə qədər qovmağa çalışsa da, onlar balaca daxmalarına getmir, şahid olduqları hadisənin necə baş verdiyini hərə öz gözlərinə əmin olub digərinə başa salmağa çalışırdı. Nəhayət, öldürülən adam təcili yardım maşınına qoyuldu, ekspertiza üçün aparıldı. Polis hadisənin şahidi olan beş nəfərə bölməyə gəlib olayın araşdırılması üçün yardımçı olmalarını söyləyəndən sonra vətəndaşlar dağılışdılar. Beş nəfərdən ikisi aşağıda yaşayan həyət evində, üçü isə göydələndə yaşayan idi.

Oxumağa davam et “Eyvan”