Kateqoriya Arxivləri: Kitabçı

Mücahid


1615219_1136463433033136_724825539_nAzərbaycan Cümhuriyyəti 1920-ci ildə ruslar tərəfindən işğal edildikdən sonra ölkədə qurulan yeni rejimə qarşı 15 ildən çox müddətdə müxtəlif üsyanlar baş verdi. 28 aprel faciəsindən bir ay keçməmiş Gəncədə baş verən dirəniş bu üsyanların ən mühümüdür. Sonrakı illərdə də yeni hökumətlə barışmayan qüvvələr tez-tez müstəqilliklə bağlı tələblər səsləndirirdilər. Lakin 1937-ci il qırğını, ardınca II Dünya müharibəsinin başlanması tədricən etirazların səngiməsinə səbəb oldu. 1950-ci illər müharibədən sonrakı durğunluq illəri olduğu üçün növbəti etiraz işartıları 1960-80-ci illər arasında müşahidə olunmağa başlandı. Amma budəfəki etirazlar açıq deyildi, müxtəlif ziyalılar, gənclər arasında kiçik qruplar şəklində, bəzi hallarda isə fərdlər şəklində gizlicə azadlıq ideyaları yayılır, bunun üçün kiçik də olsa, işlər görülürdü. Çünki hələ ki SSRİ dünyanın əsas iki dövlətindən biri idi, 1980-lərin sonları ilə müqayisədə açıq qarşıdurma böyük risk tələb edirdi. Oxumağa davam et Mücahid

Advertisements

At milçəkləri


socrates_by_spqr63bc-d4rsilv“Məni Meletos və ya Anitos deyil, böhtan və paxıllıq məhv edəcək” – “Sokratın müdafiəsi” – Platon

Dövlətin mənşəyi ilə bağlı ictimai müqavilə nəzəriyyəsinin tərəfdarıyam. Yəni insanlar bir-birinə qarşı olan qorxularını yenmək, həyatla mübarizə aparmaq üçün azadlıqlarından qurban verərək bir qurum yaradıblar. Yaradılan qurum qarşısında bütün vətəndaşlar müəyyən öhdəliklər götürüb, mövcudluq üçün bu qurumu qorumaq məcburiyyəti hiss ediblər. İnsanların dövləti yaratmasının nə qədər uğurlu seçim olub-olmaması bir neçə min ildən sonra müzakirə ediləsi deyil. Bir neçə yüz il sonra dövlət anlayışının olub-olmaması müzakirə ediləcək. Oxumağa davam et At milçəkləri

Knut Hamsun Bakı haqqında


2015-05-11 17.52.21Norveç yazıçısını aldadan azərbaycanlı

“Bakının 135 minə yaxın əhalisi var, o, Xəzər dənizi sahilində yerləşən ən mühüm şəhərdir”.

K.Hamsun

1899-cu ilin payızında 40 yaşlı norveçli yazar Knut Hamsun dövlətdən 1200 kron təqaüd alaraq xanımı ilə birlikdə Qafqaza, İrana, Türkiyəyə səfər edir. Həmin vaxt artıq Hamsun “Bürger” (1878), “Aclıq” (1890), “Misteriyalar” (1892), “Pan” (1895) kimi əsərlərin müəllifi idi. 1903-cü ildə isə o, səyahət xatirələrini “Nağıllar diyarında” (Azərbaycan dilində “Qanun” nəşriyyatı çap edib, tərcüməçi Nadir Qocabəylidir) adı ilə çap edir. Kitab Hamsunun Sankt-Peterburqdan Tiflisə qədər müşahidə etdiyi hadisələrdən ibarətdir.

Kitabda Bakı haqqında qeydlər az yer tutsa da, XIX əsrin sonlarındakı Bakının mühitini duymaq üçün xeyli məlumatlar var. Oxumağa davam et Knut Hamsun Bakı haqqında

Singulier genie – Tək dahi Jozef Fuşe


Fushe Lionda“Hətta Allaha belə ömür boyu sadiq qalacağı barədə and içmirsə, insanlar haqqında heç söhbət ola bilməz” – Svayq, “Jozef Fuşe”.

Onun qərarları gilyotindən daha kəskin idi. Heç zaman yanılmazdı. Nə inqilabın şöhrətinin başgicəlləndirici vaxtlarında, nə Direktoriya, nə də ki imperiya dönəmində başını qurban verdi. Əksinə, çoxlu başlar aldı. Bir göz qırpımında çoxlu insan öldürdü. İnsanları bir-birinə bağlayaraq top gülləsi ilə birdəfəlik o dünyaya yola saldı.

Kilsələri tarimar, İncili təhqir elədi, müqəddəs xaça tüpürüb, sonra süpürüb atdı. Halbuki, özü dini təhsil almışdı, moizələr oxumuşdu.

Bu adam əksəriyyətin ilk olaraq Svayqın əsərindən tanıdığı Jozef Fuşedir. Oxumağa davam et Singulier genie – Tək dahi Jozef Fuşe

Neolit dövrünün adamı


knut_hamsun_hansheyerdahl_1903Torpağın bəhəri, mədənin zəhəri

“Əgər güc əmələ gəlmirsə, yemək yeməyin və sağlam bağırsaqlara malik olmağın nə faydası var?”

K.Hamsun, “Torpağın bərəkəti”

İsaakın pilləkən düzəltmək üçün yararlı olan daşı torpaqdan təkbaşına çıxara bilməyib, arvadı İngeri köməyə çağırması ilə ataxaqanlığın çöküşünü ikinci dəfə yaşadım.

Etirazlar şaxə qalxıb, bir zamanlar kötük kimi sarsılmaz İsaaka bir evi paylaşdığı arvadının kömək etməsində qəbahət axtarmağın yersiz olduğu deyilə bilər.

Amma İsaak o kişilərdən deyildi ki, iri şəhərlərdə doğulub, texnika kişinin gücünü bölüşüb, yeni iş sahələrində çalışıb.

İsaak 9 yüz yaşlı qədim bir kişi idi. Onun üçün sadəcə, səma, torpaq, mal-qara, ağac, çay, balıq və arvad-uşaq vardı.

Oxumağa davam et Neolit dövrünün adamı