Kateqoriya Arxivləri: Köşələr

Doktor, yoxsa Nəsib bəy?


10318745_4238894748534_83114885_n

Dünən ölkə kommunistləri N. Nərimanovun heykəlini ziyarət edərək önünə gül dəstələri düzüblər.

28 aprel gününü isə inqilab kimi dəyərləndiriblər. 

N. Nərimanov Azərbaycan siyasi tarixinin ən ziddiyyətli şəxslərindən biridir.

Azərbaycanda sovet hökuməti qurulandan sonra Nərimanov şəxsiyyəti önə çıxsa da, tezliklə əqidədaşları onu zəhərləyərək öldürdülər.

Zatən Nərimanovun özü də əsərlərində daxili çarpışmaları qeyd edib, hökumət içində nə cür iyrənc çarpışmaların olduğunu açıq şəkildə göstərib. Oxumağa davam et Doktor, yoxsa Nəsib bəy?

Menderesin edamını yazan qadın


vasfiye-ozkocak-980x500Dünən Türkiyənin ilk qadın müxbiri, Türkiyə Jurnalistlər Cəmiyyətinin keçmiş sədr müavini, TJC İctimai Həmrəylik Vəqfinin keçmiş rəhbəri Vasfiye Özkoçak vəfat etdi.

Türkiyənin ilk müxbir qadını haqqında hər hansı bilgim yox idi. Çünki qardaş ölkənin müxtəlif peşə sahələri üzrə ilk qadınlar siyahısında onun adına heç rastlamamışdım. Görünür, müxbirlik dövlət əhəmiyyətli peşə olmadığı üçün həmin siyahıya daxil edilməmişdi. Məsələn, ilk qadın vəkil kimi Sürəyya Ağaoğlunu (məşhur Əhməd Ağaoğlunun qızı), ilk nazir kimi Türkan Akyolu, ilk baş nazir kimi Tansu Çilləri, ilk diplomat Adila Aydanı, hətta ilk qadın savaş pilotu Sabiha Gökçeni daha çox tanıyırdıq.

Dünən isə Vasfiye Özkoçak ismi ilə tanış olduq. Oxumağa davam et Menderesin edamını yazan qadın

İnsan tutan balıqçılar


537522416_orig“Bir dəfə İsa Gennesaret gölünün sahilində durub Allahın sözünü xalqa öyrədirdi. Camaat qulaq asır və get-gedə onu sıxışdırırdı. İsa gölün qırağında iki qayıq gördü. Balıqçılar qayıqlardan düşüb torlarını yuyurdular. O, qayıqlardan birinə mindi. Bu qayığın sahibi Şimon idi. İsa ondan xahiş etdi ki, qayığı sahildən bir az aralasın. Sonra qayıqda əyləşib camaatı öyrətməyə başladı. İsa sözünü bitirib Şimona dedi: “Qayığı bir dərin yerə sürüb torları suya atın”. 

 Şimon isə dedi:  “Müəllim, bütün gecəni əlləşmişik, amma bir şey tutmamışıq. İndi ki sən deyirsən, baş üstə, torları ataram”. Doğrudan da, onlar belə etdikdə o qədər balıq tutdular ki, torları yırtılmağa başladı. Onlar o biri qayıqdakı yoldaşlarını işarə ilə köməyə çağırdılar. Yoldaşları yaxınlaşıb hər iki qayığı balıqla doldurdular. Qayıqlar o qədər doldu ki, ağırlıqdan batmağa başladılar.  Bunu görən Şimon Peter İsanın ayaqlarına yıxılıb dedi: “Ağa, mən günahlı adamam, məni burax”. Çünki bir belə balıq tutduqlarına görə onu və yanındakıları heyrət bürümüşdü.  Şimonun şəriki olan Zebedeyin oğlanları Yaqub və Yəhya da heyrət içində idilər. Amma İsa Şimona dedi: “Qorxma! İndən belə diri adam ovlayacaqsan”. Onlar qayıqları sahilə çıxartdılar və hər şeyi qoyub İsanın ardınca getdilər. (Luka 5:1-10) Oxumağa davam et İnsan tutan balıqçılar