Kateqoriya Arxivləri: Məqalələr

Azərbaycanın yönü hara olmalıdır?


usa-Azerbaijan-1-1-620x380

“Səksən il öncə ulu babalarımız bu materikdə mayası Azadlıq şüarı ilə yoğrulmuş və bütün insanların bərabər yaranışı prinsipinə bağlanmış yeni milləti yaratmışlar”.

Avraam Linkoln (Gettisburq nitqi, 1863)

1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyksi parlamentin ilk iclasında çıxış edərkən belə bir fikir işlədir: “Bugünkü gün Azərbaycan üçün böyük əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi”.

Fətəli xan nəyi nəzərdə tutduğuna bütün varlığı ilə əmin idi. O, başa düşürdü ki, 1917-ci il inqilabının gətirdiyi bu xoş təsadüf (!) üçün başqa xalqlar on illərlə qanlı müharibələr aparıb, maarifçilər dayanmadan külüng vurub, minlərlə insan həlak olub. Doğrudur, Azərbaycan Cümhuriyyətinin yaranmasına qədər bir neçə dəfə müsəlmanların/türklərin qırğını oldu, bizim də ziyalılarımız vardı, cəmiyyətə təsir edə bilirdilər, amma başqa xalqların keçdiyi o prosesi biz daha rahat şəkildə keçmişdik. Daha bir-iki il öncə müstəmləkə olan bir ölkədə indi milli parlamentin açılması, Qərb dəyərlərinin tədricən ölkəyə gətirilməsi prosesinin baş verməsi və tezliklə dünyanın bölüşdürüldüyü masaya öz diplomatik nümayəndəliyini göndərə bilməsi həqiqətən yatsa idik, yuxumuzda da görə bilməzdik. Oxumağa davam et Azərbaycanın yönü hara olmalıdır?

Üzeyir Hacıbəylinin 18 il çalışdığı otaq


13239894_1087462781316075_4891272845569045309_nBolşeviklər Azərbaycan Cümhuriyyətini işğal edəndə ölkəni tərk edə bilənlər tərk etdi, qalanlar isə həbs olundu.   Üzeyir Hacıbəyli də həbs edilənlər içərisindəydi. Hökumətin “Azərbaycan” qəzetinin redaktoru, himninin müəllifi idi, bolşeviklərə qarşı sərt mövqedəydi.

Nəriman Nərimanov onu son anda xilas edə bildi. Həmin vaxt qardaşı Parisə gedən nümayəndə heyətinin içində idi, həbs ediləcəyini başa düşüb geri qayıtmadı. Ömrünün axırınadək bolşeviklərə qarşı mübarizə apardı.  Üzeyir bəy isə ölkədə qalmaq yolunu seçdi. Artıq ictimai-siyasi fəaliyyət üçün bütün əli-qolu bağlandığı üçün onun yalnız bir seçimi vardı: Azərbaycanda professional musiqini formalaşdırmaq.

Oxumağa davam et Üzeyir Hacıbəylinin 18 il çalışdığı otaq

“Casus”un sökülən evi


13239021_1179571735394659_4910890968979879051_nBakıda o adamın evini sökdülər ki, səhnədə olarkən ayağa qalxaraq onu alqışlayanlar arasında Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məhəmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Seyid Hüseyn var idi.

Bakıda o adamın evini sökdülər ki, dünya klassikləri olan Şekspirin, Şillerin, Molyerin, Puşkinin, Qoqolun, Turgenevin, Namiq Kamalın, Qorkinin, Hüqonun əsərlərinin tamaşasında rol almışdı.

Bakıda o adamın evini sökdülər ki, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar, Oqtay, İblis, Kefli İskəndər, Fəxrəddin kimi obrazları oynamışdı. Oxumağa davam et “Casus”un sökülən evi

Şah İsmayılın şüşə arxasından görünən məzarı


20160323_103443

Təbrizdən Ərdəbilə yola düşərkən şəhərdə şaxta olacağını dedilər. Yol boyu torpağın üzərində buza çevrilən qar bələdçini haqlı çıxarsa da, Ərdəbil soyuq deyildi.

Sərab şəhərində isti çay içib, bu şəhərdə də xatirə fotosu çəkdirib yolumuza davam elədik.

Xəyalımda Ərdəbili daha köhnə şəhər kimi təsəvvür edirdim. Lakin terminaldan taksiylə otelə yola düşərkən yanıldığımı gördüm. Taksi sürücüsü “Naderi” adlı bir hostelə gətirdi, Bakıdan gələnlərin daha çox burada qaldığını dedi. Oxumağa davam et Şah İsmayılın şüşə arxasından görünən məzarı

Rathayzerin yalanı


2016-03-08 23-22-43_237231 mart Azərbaycan türklərinin soyqırımı günü kimi qeyd edilir.
1918-ci ilin mart-aprel hadisələrinin əsas səbəbləri bunlar idi: azərbaycanlıların siyasi səhnədə fəaliyyətinin qarşısını almaq, əhalini qorxu altında saxlamaq və nəticədə gözlənilən müstəqilliyin baş verməsini önləmək. 

Ona görə də Azərbaycanda bolşeviklər hakimiyyətə gələndən sonra mart hadisələrini unutdurmaq və ya təhrif etmək məqsədilə ciddi plan həyata keçirməyə başladılar.  Oxumağa davam et Rathayzerin yalanı