Kateqoriya Arxivləri: Müsahibələr

“1932-ci ildə yazılan bu məktub 84 il yol keçib və mənə nəsib olub”


13501985_1113151095413910_9169778971594203381_nYaranandan hər bir insan oğlunun özünə məxsus dünyası olur. Kimləri o dünyanı sevdiyi işi görməklə doldurur, kimisi də niyə, nə üçün yaşadığını bilmədən ömür yolunda sadəcə addımlayır. Bu dəfə kolleksionerlərdən bəhs edəcəyik. Dünyada məşhur kolleksiyaçıları arasında Böyük Britaniya kralı V Qeorq, Böyük Britaniya kraliçası II Yelizaveta, Misir kralı I Faruk, Monako şahzadəsi III Rene, ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt, aktyor Çarli Çaplin, “The Beatles” qrupunun yaradıcısı və ifaçısı Con Lennon və s. kimi bir çox tarixi şəxsiyyətlərin adlarına rast gəlinir. Bizim təqdim edəcəyimiz kolleksioner Dilqəm Əhməddir – Cümhuriyyətə aid dəyərli arxivi toplayaraq Azərbaycan tarixinə bəxş edən şəxs. Oxumağa davam et “1932-ci ildə yazılan bu məktub 84 il yol keçib və mənə nəsib olub”

Advertisements

“Kolleksionerlik sağalmaz xəstəlikdir”


Fotolar: Elçin Murad
Fotolar: Elçin Murad

O, kolleksioner jurnalistdir. Hobbi kimi Azərbaycanın son yüz, yüz əlli illik tarixinə işıq salacaq əsərlərin, fotoların, nadir kitabların, məktubların kolleksiyasını toplayır. Xüsusilə, Cümhuriyyət dövrünün fədailərinin məktubları, şəkilləri, şəxsi açıqcaları onun kolleksiyasına daxildir. Düşünür ki, hobbi yaşama sevincidir. Ona görə, hər insanın hədəfləri arasında fərqli nəsə olmalıdır.

“Gündəlik teleqraf” qəzetinin siyasət şöbəsinin gənc redaktoru ilə hobbisi barədə danışdıq. Oxumağa davam et “Kolleksionerlik sağalmaz xəstəlikdir”

Əhməd bəy Ağaoğlunun nəvəsi ilə görüş


20150826_174020

2015-ci ilin avqustunda Türkiyədə olarkən Mərmərə Universitetinin müəllimi, tədqiqatçı, həmyerlimiz Mehdi Gəncəlinin köməyilə Əhməd bəy Ağaoğlunun nəvəsi, məşhur nəslin yaşlı nümayəndəsi Tektaş Ağaoğlu ilə görüşə getdik. Oxumağa davam et Əhməd bəy Ağaoğlunun nəvəsi ilə görüş

“Mark Zukerberq kimi qızım olandan sonra bəşəriyyətə miras buraxmaq istərdim”


MERMERE UNIVERSITETI_6Moderator.az -a müsahibə.
 
– Dilqəm bəy, yazmağa nə zamandan başlamısınız, ilk əsəriniz hansı olub?
– İlk hekayəm 2010-cu ildə Azadlıq radiosunun təşkil etdiyi “Ədəbi Azadlıq” yarışması çərçivəsində çap olunan hekayələr toplusunda dərc edilib. “Gözətçi” adlanan hekayəm qaliblər siyahısına düşməsə də, ən yaxşı 50 hekayə kimi kitaba düşməyə haqq qazanmışdı. Radionun keçirdiyi növbəti müsabiqədə “Cəfər” adlı hekayə ilə qatıldım, bu hekayə də qalib gəlməsə də, iyirmiliyə düşdü. Sonradan müsabiqənin şeir nominasiyasında ikinci yerə layiq görüldüm. İlk kitabım isə 2011-ci ildə çap olunub. “Bozqırdan uçuruma” adlanan bu kitabda bir neçə hekayə, “Sərgərdan” adlı uzun hekayə və bir neçə şeirtoplanmışdı. Şübhəsiz ki, çox primitiv kitab idi. 2012-ci ildə isə “İmtina” adlı kiçik həcmli romanım çap olundu.
– “İmtina” nədən bəhs edir?

Oxumağa davam et “Mark Zukerberq kimi qızım olandan sonra bəşəriyyətə miras buraxmaq istərdim”

“Qoroskop” qəzetinə müsahibə


DSC_5835

  • İlk öncə 30 yaşda dünyamızın necə göründüyünü eşitmək istərdik sizdən.
  • Hazırda dünyada terror aktları dayanmadan çoxalır. Parisdəki terrorun ardından Nigeriyada onlarla insanın ölümünə səbəb olan hadisə törədildi. Yəni artıq dünyadakı gücünə, mövqeyinə asılı olmayaraq terror hər bir dövləti hədəf ala bilir. Terrordan nə Amerika, nə Fransa, nə Rusiya, nə də ki Afrikada adını bilmədiyimiz ölkələr sığortalanıb. Bu isə XXI əsrin ciddi bəlasıdır. Dünya liderləri, din xadimləri də son dönəmlərdə toplantılarda bu məsələni xüsusilə qabardırlar. Həqiqətən də, terrorçunun dini, milləti olmur. Təəssüf ki, terror qrupları dünya ölkələrinin xarici siyasətdə buraxdıqları səhvlərin ucbatından yaranır. Sonra isə yəni həmin dövlətlər koalisiya yaradaraq bu bəlanı aradan qaldırmağa çalışırlar. Azərbaycan da müstəqillikdən bu yana zaman-zaman terror aktları ilə üzləşib. Amma sevindiricidir ki, hazırda belə halların qarşısı qabaqcadan alınır. Oxumağa davam et “Qoroskop” qəzetinə müsahibə