Kateqoriya Arxivləri: Müsahiblər

“Əbülfəz Elçibəylə dostluğum bütün sonrakı həyatımı dəyişdi”


1383490_1383384558568453_956669658_n

Ədalət Tahirzadənin 65 illiyinə

O, yaşca məndən az qala üç dəfə böyükdür. Ancaq bu, dostluğumuza qətiyyən əngəl törətmir. İlk baxışdan quru, qapalı, adamayovuşmaz kimi görünsə də “sarı siminə toxunanda” çox söhbətcil, ünsiyyətsevər və zarafatcıl olduğuna inanırsan. Əsas məsələ isə o “sarı sim”ini tutmaqdır. Azərbaycan siyasi mühacirətinin taleyi ilə bağlı araşdırmalarım, bir çox sənədləri əldə etməyim onda da ciddi maraq doğurdu və bu, yaxınlaşmağımıza əsas səbəb oldu. Ümumiyyətlə, Azərbaycanın 1918-1920-ci illər tarixi ilə bağlı hər bir mövzu professor Ədalət Tahirzadənin “sarı sim”i ola bilər. Deyəsən, mən artıq bu “sim”i çalmaqda ustalaşmışam – onunla son vaxtlar xeyli maraqlı görüşlərim, söhbətlərim olub. Bugünlərdə 65 yaşının tamam olduğunu bildiyimə görə növbəti görüşümüzü bir jurnalist kimi bu əlamətdar hadisəyə başlamağı qərara aldım. Onunla bu dəfə Bakı Avrasiya Universitetində – həyatının 23 ilini həsr etdiyi ali məktəbdə söhbətləşdim. Oxumağa davam et “Əbülfəz Elçibəylə dostluğum bütün sonrakı həyatımı dəyişdi”

Ramiz Abutalıbovla müsahibə


Ramiz AbutalibovTanınmış diplomat, ictimai xadim, Azərbaycan siyasi mühacirətinin görkəmli tədqiqatçısı, tariximizə aid zəngin arxiv materiallarını ölkəmizə qazandıran Ramiz bəy Abutalıbovla görüşmək çoxdankı arzum idi. Bir müddət öncə çəkilən “Əbədi ezamiyyət” filminə baxandan, gürcü tarixçi Giorgi Mamulia ilə birlikdə hazırladığı “Odlar Yurdu” kitabını oxuyandan sonra bu istəyim daha da artdı. Nəhayət, bir neçə gün öncə dostum prof. Ədalət Tahirzadənin sayəsində belə bir görüş baş tutdu və Ramiz bəylə şəxsən tanış oldum və ondan müsahibə ala bildim. Oxumağa davam et Ramiz Abutalıbovla müsahibə

Mücəllid Zaur Orucovla müsahibə


6092573568e3b352db961452161845_Zaur Orucov (1) Bulqakovun “Master və Marqarita” əsərinin qəhrəmanı iblis Volandın məşhur ifadəsi var: “Əlyazmalar yanmır!”

Amma əlyazmalar yanmasa da, onların cildləri, vərəqləri xarab ola bilir. Kitabın içinə girən müxtəlif qurdlar zamanla əlyazmaya müəyyən zərər verir. Amma bunun da çarəsi var.
Əlyazmalar həm də bərpa edilə bilir.

M.Füzuli adına Əlyazmalar İnstitutunun Gigiyena və bərpa laboratoriyasında xəzinədə saxlanılan əlyazmaların xarab olmuş cildləri, vərəqləri orijinala xələl gətirmədən bərpa edilir, onların ömrü daha yüz il uzadılır.

Bəs, necə?

Bu barədə suallarımızı laboratoriyanın elmi işçisi, mücəllid Zaur Orucov cavablandırır:

Oxumağa davam et Mücəllid Zaur Orucovla müsahibə

Əhməd Şəfəqlə kitab söhbəti


ahmet shafak (3)Əhməd bəy, Türkiyə Cümhuriyyətini zəngin bir kitabxanaya bənzətsək, başlıca kitab hansı olar?

Mənim dünyabaxışımda tək bir obrazla anlatmaq yoxdur. Türkiyə böyük kitabxanadırsa, orada bir yox, bir neçə əsas kitab önə çıxacaq. Siyasi baxımdan yanaşsaq, Mustafa Kamal Atatürkün “Nutuk”larını deyə bilərəm. Çünki Türkiyənin yaşadığı indiki problemlərə yüz il bundan qabaq həmin əsərdə cavab verilir. Amma mən tək bir kitab üzərindən Türkiyənin yaşadığı bir dövrü nümunə göstərə bilmərəm. Buna mənim həyata baxışım, ehtiyatlılığım imkan verməz. Türkiyənin başucu kitablarını düşünsək, fəlsəfi fikir mənasında Ziya Gökalpın əsərlərini deyə bilərəm. “Türkçülüyün əsasları” mütləq həmin kitabxanada yer tutmalıdır. Cümhuriyyətin ilkin dönəminə baxanda roman janrında olan əsərlərdən Ahmet Hamdi Tanpınarın “Huzur” romanını, Ömər Seyfəddinin bütün hekayələrini göstərə bilərəm. Bizdə ədəbiyyatda hekayələr çox gözə çarpmır. Halbuki Seyfəddinin hekayələrinin türk ədəbiyyatında yeri çox böyükdür. Hekayələr romandan daha balacadır, amma məzmunca daha güclüdür. Ömər Seyfəddinin hekayələrinə baxdığımızda həm Cümhuriyyətin qurulduğu dönəmləri, həm də sonrakı modernləşmə, yüksəliş, maariflənmə prosesini başa düşmək olur. Halidə Edip Adıvarın “Yeni Turan”, “Türkiyədə Şərq-Qərb və Amerikan təsiri” əsərlərini, Yaqub Kadri Qaraosmanoğlunun “Yaban”ını, R.N. Güntəkinin “Çalıquşu”sunu söyləyə bilərəm. Oxumağa davam et Əhməd Şəfəqlə kitab söhbəti

İlham Rəhimovla müsahibə


5979868537324386a7fd1400054840_ILHAM REHIMOV (11)

“Rusiyanın Azərbaycanda “beşinci kolon”u da, agenti də yoxdur” 

Tanınmış iş adamı, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor İlham Rəhimov “Gündəlik Teleqraf” qəzetinə geniş müsahibə verib. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə mövqeyindən, Ukraynada baş verən proseslərdən geniş şərh verən professor İ.Rəhimov, həmçinin şəxsi həyatından, sevdiyi musiqilər, oxuduğu kitablar və tarixi şəxsiyyətlər haqqında danışıb.    Oxumağa davam et İlham Rəhimovla müsahibə