Kateqoriya Arxivləri: Şeirlər

Mariya Antuanetin göz yaşları


61432919_1278891012_JeanBaptiste_Greuze_The_White_Hat_2120759508Mariya Antuanetin göz yaşları

Nə qədər qəribədir
İnqilabın bir qadın başına möhtac olmağı
Üsyanlar, şərqilər, adamlar, edamlar…
Sonunda bir qadının göz yaşına möhtac olmağı…

Ra xəcalətindən əriyib
içindəki günəşə qarışmışdı o gün
İnqilabçılar bir qadını gilyotinə
sürükləmək üçün yarışmışdı o gün
Bu səhnəni çiyinlərinə yazmamaq üçün
Qaranlıqla işıq da barışmışdı o gün… Oxumağa davam et Mariya Antuanetin göz yaşları

Advertisements

O şəhərə deyin ki… – ŞEİRLƏR


10346199_956630961016385_1200800421585669408_nO şəhərə deyin ki
Gün batımından sonra
Makiyajını silib girsin Xəzərin qoynuna
O şəhərə deyin ki
Səhərlər iki qaşıq bal udub
Bir az şirin sarılsın insanların boynuna

O şəhərə deyin ki
Gün batımına qədər
Məndən aldığı qadını geri versin
O şəhərə deyin ki
Müəzzin “Allahu Əkbər” deyən kimi
O qadının gözlərində ölməyə yeri versin… Oxumağa davam et O şəhərə deyin ki… – ŞEİRLƏR

“Yalnızlıq və ateizm”


1375001_700440653302085_365261502_n

Mirzə Şəfiyə…

Haradasa ağlaşırlar
Azı üç yüz il qədimdən gələn səslər doluşub beynimə
Ağaca bağlanmış əsirin son arzusunu soruşmadan öldürürlər
Ürəyinin üstündəki cibindən bircə rəsm də çıxmır.
Amma tarix bağışlayır bu səhvi
Bir məscid divarına söykənən Mirzə Şəfi
Qeyd dəftərinə yazır alış-verişimizi
Tarixin mənə göndərdikləri:
Lorkanın ölümü, Kafkanın xəstəliyi… Oxumağa davam et “Yalnızlıq və ateizm”

Muza


249800

Sabahıma günəşdən öncə doğan qadın

Dirilməsi gözəldi sabahın-

Dərinin ətirdən öncəki qoxusu kimi…

Qoxusu gözəldi tənhalığın-

Körpənin doğuşdan sonrakı

ilk yuxusu kimi…

*** Oxumağa davam et Muza

Kabildən-Bakıya sevgi metamorfozu


C9217416-3D97-431E-8985-7D19603E3CF0_mw800_s

(Xalid Hüseyninin “Min möhtəşəm günəş altında” romanını oxuyarkən)

 “Min möhtəşəm günəş altında”

əfqan qadınların bir kərə olsun görmədiyi günəşin həsrəti doğur.

Sən Bakı, heç Kabil qədər olmadın

Kabildə bir üzü var işgəncənin,

Səndə hər gün yalan şərbəti doğur

Kişi bədənində, kişi evində, kişi burkası içində həbs olunur qadınlar. Oxumağa davam et Kabildən-Bakıya sevgi metamorfozu