Regionun sualı


Advertisements

Ramiz Abutalıbovla müsahibə


Ramiz AbutalibovTanınmış diplomat, ictimai xadim, Azərbaycan siyasi mühacirətinin görkəmli tədqiqatçısı, tariximizə aid zəngin arxiv materiallarını ölkəmizə qazandıran Ramiz bəy Abutalıbovla görüşmək çoxdankı arzum idi. Bir müddət öncə çəkilən “Əbədi ezamiyyət” filminə baxandan, gürcü tarixçi Giorgi Mamulia ilə birlikdə hazırladığı “Odlar Yurdu” kitabını oxuyandan sonra bu istəyim daha da artdı. Nəhayət, bir neçə gün öncə dostum prof. Ədalət Tahirzadənin sayəsində belə bir görüş baş tutdu və Ramiz bəylə şəxsən tanış oldum və ondan müsahibə ala bildim. Oxumağa davam et Ramiz Abutalıbovla müsahibə

“Casus”un sökülən evi


13239021_1179571735394659_4910890968979879051_nBakıda o adamın evini sökdülər ki, səhnədə olarkən ayağa qalxaraq onu alqışlayanlar arasında Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məhəmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Seyid Hüseyn var idi.

Bakıda o adamın evini sökdülər ki, dünya klassikləri olan Şekspirin, Şillerin, Molyerin, Puşkinin, Qoqolun, Turgenevin, Namiq Kamalın, Qorkinin, Hüqonun əsərlərinin tamaşasında rol almışdı.

Bakıda o adamın evini sökdülər ki, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar, Oqtay, İblis, Kefli İskəndər, Fəxrəddin kimi obrazları oynamışdı. Oxumağa davam et “Casus”un sökülən evi

Şah İsmayılın şüşə arxasından görünən məzarı


20160323_103443

Təbrizdən Ərdəbilə yola düşərkən şəhərdə şaxta olacağını dedilər. Yol boyu torpağın üzərində buza çevrilən qar bələdçini haqlı çıxarsa da, Ərdəbil soyuq deyildi.

Sərab şəhərində isti çay içib, bu şəhərdə də xatirə fotosu çəkdirib yolumuza davam elədik.

Xəyalımda Ərdəbili daha köhnə şəhər kimi təsəvvür edirdim. Lakin terminaldan taksiylə otelə yola düşərkən yanıldığımı gördüm. Taksi sürücüsü “Naderi” adlı bir hostelə gətirdi, Bakıdan gələnlərin daha çox burada qaldığını dedi. Oxumağa davam et Şah İsmayılın şüşə arxasından görünən məzarı

Rathayzerin yalanı


2016-03-08 23-22-43_237231 mart Azərbaycan türklərinin soyqırımı günü kimi qeyd edilir.
1918-ci ilin mart-aprel hadisələrinin əsas səbəbləri bunlar idi: azərbaycanlıların siyasi səhnədə fəaliyyətinin qarşısını almaq, əhalini qorxu altında saxlamaq və nəticədə gözlənilən müstəqilliyin baş verməsini önləmək. 

Ona görə də Azərbaycanda bolşeviklər hakimiyyətə gələndən sonra mart hadisələrini unutdurmaq və ya təhrif etmək məqsədilə ciddi plan həyata keçirməyə başladılar.  Oxumağa davam et Rathayzerin yalanı