Ədalət Tahirzadə Etiket Arxivləri:

“Əbülfəz Elçibəylə dostluğum bütün sonrakı həyatımı dəyişdi”


1383490_1383384558568453_956669658_n

Ədalət Tahirzadənin 65 illiyinə

O, yaşca məndən az qala üç dəfə böyükdür. Ancaq bu, dostluğumuza qətiyyən əngəl törətmir. İlk baxışdan quru, qapalı, adamayovuşmaz kimi görünsə də “sarı siminə toxunanda” çox söhbətcil, ünsiyyətsevər və zarafatcıl olduğuna inanırsan. Əsas məsələ isə o “sarı sim”ini tutmaqdır. Azərbaycan siyasi mühacirətinin taleyi ilə bağlı araşdırmalarım, bir çox sənədləri əldə etməyim onda da ciddi maraq doğurdu və bu, yaxınlaşmağımıza əsas səbəb oldu. Ümumiyyətlə, Azərbaycanın 1918-1920-ci illər tarixi ilə bağlı hər bir mövzu professor Ədalət Tahirzadənin “sarı sim”i ola bilər. Deyəsən, mən artıq bu “sim”i çalmaqda ustalaşmışam – onunla son vaxtlar xeyli maraqlı görüşlərim, söhbətlərim olub. Bugünlərdə 65 yaşının tamam olduğunu bildiyimə görə növbəti görüşümüzü bir jurnalist kimi bu əlamətdar hadisəyə başlamağı qərara aldım. Onunla bu dəfə Bakı Avrasiya Universitetində – həyatının 23 ilini həsr etdiyi ali məktəbdə söhbətləşdim. Oxumağa davam et “Əbülfəz Elçibəylə dostluğum bütün sonrakı həyatımı dəyişdi”

Mücahid


1615219_1136463433033136_724825539_nAzərbaycan Cümhuriyyəti 1920-ci ildə ruslar tərəfindən işğal edildikdən sonra ölkədə qurulan yeni rejimə qarşı 15 ildən çox müddətdə müxtəlif üsyanlar baş verdi. 28 aprel faciəsindən bir ay keçməmiş Gəncədə baş verən dirəniş bu üsyanların ən mühümüdür. Sonrakı illərdə də yeni hökumətlə barışmayan qüvvələr tez-tez müstəqilliklə bağlı tələblər səsləndirirdilər. Lakin 1937-ci il qırğını, ardınca II Dünya müharibəsinin başlanması tədricən etirazların səngiməsinə səbəb oldu. 1950-ci illər müharibədən sonrakı durğunluq illəri olduğu üçün növbəti etiraz işartıları 1960-80-ci illər arasında müşahidə olunmağa başlandı. Amma budəfəki etirazlar açıq deyildi, müxtəlif ziyalılar, gənclər arasında kiçik qruplar şəklində, bəzi hallarda isə fərdlər şəklində gizlicə azadlıq ideyaları yayılır, bunun üçün kiçik də olsa, işlər görülürdü. Çünki hələ ki SSRİ dünyanın əsas iki dövlətindən biri idi, 1980-lərin sonları ilə müqayisədə açıq qarşıdurma böyük risk tələb edirdi. Oxumağa davam et Mücahid