Azerbaijan Etiket Arxivləri:

Azərbaycanın yönü hara olmalıdır?


usa-Azerbaijan-1-1-620x380

“Səksən il öncə ulu babalarımız bu materikdə mayası Azadlıq şüarı ilə yoğrulmuş və bütün insanların bərabər yaranışı prinsipinə bağlanmış yeni milləti yaratmışlar”.

Avraam Linkoln (Gettisburq nitqi, 1863)

1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyksi parlamentin ilk iclasında çıxış edərkən belə bir fikir işlədir: “Bugünkü gün Azərbaycan üçün böyük əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi”.

Fətəli xan nəyi nəzərdə tutduğuna bütün varlığı ilə əmin idi. O, başa düşürdü ki, 1917-ci il inqilabının gətirdiyi bu xoş təsadüf (!) üçün başqa xalqlar on illərlə qanlı müharibələr aparıb, maarifçilər dayanmadan külüng vurub, minlərlə insan həlak olub. Doğrudur, Azərbaycan Cümhuriyyətinin yaranmasına qədər bir neçə dəfə müsəlmanların/türklərin qırğını oldu, bizim də ziyalılarımız vardı, cəmiyyətə təsir edə bilirdilər, amma başqa xalqların keçdiyi o prosesi biz daha rahat şəkildə keçmişdik. Daha bir-iki il öncə müstəmləkə olan bir ölkədə indi milli parlamentin açılması, Qərb dəyərlərinin tədricən ölkəyə gətirilməsi prosesinin baş verməsi və tezliklə dünyanın bölüşdürüldüyü masaya öz diplomatik nümayəndəliyini göndərə bilməsi həqiqətən yatsa idik, yuxumuzda da görə bilməzdik. Oxumağa davam et Azərbaycanın yönü hara olmalıdır?

Kon – Tiki


1982069_776348439044639_90608465_n

Vibeke Roggenin baş redaktorluğu ilə dərc olunan “Thor Heyerdahl’s Search for Odin – Ancient Links between Azerbaijan and Scandinavia?” (Oslonun “Novus Press” nəşriyyatı) kitabında yer alan “Kon-Tiki” şeirim.

Kon-Tiki

(Tur Heyerdalın xatirəsinə)

Üfiqdə altı nəfər növbə ilə avar çəkir
Poseydonun saçlarını taxta ilə yolaraq
Şən balıqlar dayanmadan süfrələrə tökülür
Uzunburun, köpək üzlü, dişləri daraq-daraq

İri tirlər sıx bağlanıb, əzəcəkdir dənizi
Qədim insan gözləri diriləcək heykəldə
Tapacaqlar, illər öncə itən qədim bir izi
Sakit okean sakit kiriyəcək əllərdə.

İri balsa ağacları yarıb keçir okeanları
Qəfəsdəki tutuquşu seyr eləyir doya-doya
Daha hamı unudubdu saldakı bu insanları
Akulalar başlarını dayanmadan çırpır suya. Oxumağa davam et Kon – Tiki