Rəsulzadə Etiket Arxivləri:

“1932-ci ildə yazılan bu məktub 84 il yol keçib və mənə nəsib olub”


13501985_1113151095413910_9169778971594203381_nYaranandan hər bir insan oğlunun özünə məxsus dünyası olur. Kimləri o dünyanı sevdiyi işi görməklə doldurur, kimisi də niyə, nə üçün yaşadığını bilmədən ömür yolunda sadəcə addımlayır. Bu dəfə kolleksionerlərdən bəhs edəcəyik. Dünyada məşhur kolleksiyaçıları arasında Böyük Britaniya kralı V Qeorq, Böyük Britaniya kraliçası II Yelizaveta, Misir kralı I Faruk, Monako şahzadəsi III Rene, ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt, aktyor Çarli Çaplin, “The Beatles” qrupunun yaradıcısı və ifaçısı Con Lennon və s. kimi bir çox tarixi şəxsiyyətlərin adlarına rast gəlinir. Bizim təqdim edəcəyimiz kolleksioner Dilqəm Əhməddir – Cümhuriyyətə aid dəyərli arxivi toplayaraq Azərbaycan tarixinə bəxş edən şəxs. Oxumağa davam et “1932-ci ildə yazılan bu məktub 84 il yol keçib və mənə nəsib olub”

Ramiz Abutalıbovla müsahibə


Ramiz AbutalibovTanınmış diplomat, ictimai xadim, Azərbaycan siyasi mühacirətinin görkəmli tədqiqatçısı, tariximizə aid zəngin arxiv materiallarını ölkəmizə qazandıran Ramiz bəy Abutalıbovla görüşmək çoxdankı arzum idi. Bir müddət öncə çəkilən “Əbədi ezamiyyət” filminə baxandan, gürcü tarixçi Giorgi Mamulia ilə birlikdə hazırladığı “Odlar Yurdu” kitabını oxuyandan sonra bu istəyim daha da artdı. Nəhayət, bir neçə gün öncə dostum prof. Ədalət Tahirzadənin sayəsində belə bir görüş baş tutdu və Ramiz bəylə şəxsən tanış oldum və ondan müsahibə ala bildim. Oxumağa davam et Ramiz Abutalıbovla müsahibə

“Kolleksionerlik sağalmaz xəstəlikdir”


Fotolar: Elçin Murad
Fotolar: Elçin Murad

O, kolleksioner jurnalistdir. Hobbi kimi Azərbaycanın son yüz, yüz əlli illik tarixinə işıq salacaq əsərlərin, fotoların, nadir kitabların, məktubların kolleksiyasını toplayır. Xüsusilə, Cümhuriyyət dövrünün fədailərinin məktubları, şəkilləri, şəxsi açıqcaları onun kolleksiyasına daxildir. Düşünür ki, hobbi yaşama sevincidir. Ona görə, hər insanın hədəfləri arasında fərqli nəsə olmalıdır.

“Gündəlik teleqraf” qəzetinin siyasət şöbəsinin gənc redaktoru ilə hobbisi barədə danışdıq. Oxumağa davam et “Kolleksionerlik sağalmaz xəstəlikdir”

Rəsulzadənin təhsil mübarizəsi


Resulzade (38)
M.Rəsulzadə

O, Azərbaycan ədəbiyyatı, elmi, tarixi, mədəniyyəti ilə bağlı bir sıra kitabların, məqalələrin müəllifidir.

Hələ 1903-cü ildə “Şərqi-Rus” qəzetinə, Məhəmməd Ağa Şahtaxtlıya göndərdiyi məktubunda gec olmasına baxmayaraq müsəlmanların da qəzetə sahib olmasına sevindiyini bildirir, mətbuatın xalqın tərəqqisində önəmli rol oynayacağını deyir.

Yenə “Şərqi-Rus”da yazdığı bir məqaləsində millətin inkişaf etməməsini hümmətsizliyə və təkəbbürə, eləcə də dinin mövcud gücünə bağlayan Rəsulzadə köhnə İslam mədəniyyəti ilə fəxr etməyi alim babası ilə fəxr edən cahil nəvənin durumu ilə eyniləşdirir və xalqa çağırış edir: Oxumağa davam et Rəsulzadənin təhsil mübarizəsi

Mustafa Vəkiloğlu


Atatürkün dəfnində, Kennedinin ölümünə başsağlığı

12695741_946308765405943_346618142_n1963-cü il, noyabrın 22-si.

ABŞ-ın 35-ci prezidenti Con Kennedi Dallas şəhərində Li Harvi Osvaldın açdığı atəş nəticəsində qətlə yetirilir.

Noyabrın 25-də Kennedi Vaşinqtonda Arlinqton milli qəbiristanlığında dəfn edilir. Dünya dövlətləri, tanınmış şəxslər baş verən hadisə ilə bağlı Amerika səfirliklərinə axışır, xatirə dəftərinə kədərli başsağlığı mətnləri yazırlar.

1963-cü il noyabrın 24-də Ankaradakı Amerika səfirliyinə yaxınlaşan bir şəxs bu sətirləri qeyd edir: “Əsir millətlərin səmimi dostu, böyük liderin əziz xatirəsinə dərin hörmətlər…” – Mustafa Vəkiloğlu, Azərbaycan sabiq daxili işlər naziri. Oxumağa davam et Mustafa Vəkiloğlu